AZE ENG RUS
Xəbərlər

Veteranlarla görüş

27.10.2017

Dövlət Kənd Təsərrüfatı Muzeyində  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,  Respublikanın əməkdar aqronomu, iqtisad elmləri doktoru, Dövlət mükafatı laureatı, ölkədə aqrar sənaye sahəsində və  kənd təsərrüfatının inkişafında böyük xidmətləri olan əmək veteranı Məmmədov Musa Salam oğlu  ilə görüş keçirilmişdir.

Tədbirdə  Kənd Təsərrüfatı Nazirliyinin və Federasiyanın əməkdaşları, kənd təsərrüfatı veteranlarından  Nadir Hüseynbəyov, Kamil Məmmədov, Surxay Tağızadə və digərləri iştirak etmişlər.

Federasiyanın  sədri Tofiq Quliyev çıxış edərək Məmmədov Musa Salam oğlununun  keçdiyi şərəfli əmək yolundan, təşkilatçılıq qabiliyyətindən, yüksək insani keyfiyyətlərindən söhbət açmış, onu anadan olmasının 85 illik yubileyi  münasibəti  ilə  təbrik etmiş və  Federasiyanın Fəxri Fərmanı və hədiyyəsini təqdim etmişdir.

    Tədbir iştirakçıları Kənd Təsərrüfatı Muzeyinin ölkənin kənd təsərrüfatının inkişafından bəhs edən zəngin ekspozisiyası ilə tanış olmuş və xatirələrini bölüşmüşlər.