AZE ENG RUS
Xəbərlər

Beynəlxalq Birliyin Konfransı keçirilmişdir.

19.06.2017

 

Cari ilin iyun ayının 20-də, Moskva şəhərində Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin Konfransı keçirilmişdir. Konfransın işində “Kənd-Qida-İş” Hİ Federasiyasının sədr müavini Təhmasif Əliyev və Maliyyə şöbəsi müdirinin müavini Rüfət Bürcəliyev iştirak etmişlər.

Konfransda Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin ötən dövr ərzində gördüyü işlərə dair hesabatı dinlənilmiş, seçkili orqanlarının tərkibi təsdiq edilmiş, 2017-2022-ci illər üçün fıaliyyətinin əsas istiqamətləri qəbul olunmuş və s. məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir.

Konfransda Aqapova Nataliya Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin sədri, Quliyev Tofiq sədrin müavini, Rüfət Bürcəliyev Beynəlxalq Birliyinin Təftiş Komissiyasının üzvü seçilmişdir.

Beynəlxalq Həmkarlar İttifaqında səmərəli fəaliyyətinə görə, Quliyev Tofiq Rəhman oğlu Ümum Həmkarlar İttifaqları Konfederasiyasının 25 illik Yubileyi münasibəti ilə “ÜHİK-in 25 illiyi” Gümüş Döş Nişanı ilə təltif edilmişdir.