AZE ENG RUS
Xəbərlər

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ilə birgə 5 iyun “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı münasibəti ilə tədbirlər həyata keçirilmişdir.

04.06.2017

  

5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibəti   ilə

Bakı Biznes Mərkəzində elmi-praktiki konfrans keçirilmişdir.

  Konfransadan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini yad etmişlər.Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək  məzarı üstünə gül dəstələri qoyulmuşdur. Tədbir Şəhidlər xiyabanının  ziyarət etdilməsi  ilə başa  çatmışdır.

Eimi-praktiki konfransı giriş sözü ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə açaraq qeyd etdiki, ölkədə meliorasiya və su təsərrüfatının inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən , qədim suvarma əkinçiliyi ənənələrinə malik olan respublikamızda meliorasiya və irriqasiya işlərinə ötən əsrin əvvəllərində başlanılsa da, bu sahənin əsas inkişafı ulu öndərin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. 

  Ə.Əhmədzadə qeyd etdi ki, həmin illərdə ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxsaylı hidroqovşaqlar, nasos stansiyaları, müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmişdir ki, bunun da nəticəsində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdır. 
  
  Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə  meliorasiya və su təsərrüfatının öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran natiq bildirdi ki, həmin dövrdə mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alınmış, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Heydər Əliyevin bilavasitə göstərişləri əsasında Azərbaycanın meliorasiya və su təsərrüfatına iri investisiyalar yatırılmağa başlanılmışdır.
  Hazırda ölkə Prezidenti İlham Əliyevin bu sahəyə böyük diqqət və qayğı ilə yanaşdığını bildirən Ə. Əhmədzadə qeyd etdi ki, son illər ayrılan vəsaitin və yerinə yetirilən işlərin həcminin xeyli artması  mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarının xeyli yaxşılaşmasına səbəb olmuşdur. Belə ki, son illər 2100-dən çox maşın və mexanizmlər alınmış, 3736 kilometr suvarma kanallarının, 2251 kilometr kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilmiş, 348 min hektar suvarılan torpaqların su təminatı və 239 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmışdır. Bundan əlavə, ölkə üzrə 55 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1804 subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı dağ çaylarında 199 kilometr sahilbərkitmə işləri, Kür-Araz çaylarında isə 900 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilmişdir. Eyni zamanda, aqrar sektorunin inkişafında mühüm rol oynayan üç nəhəng infrastruktur layihəsi -Taxtakörpü və Şəmkirçay su anbarlarının SES-lə birlikdə, Tovuzçay su anbarının, eləcə də Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr qısa müddətdə başa çatdırılmışdır.
  Konfransda Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov çıxış edərək əhalinin içməli su ilə təminatında, kənd təsərrüfatının inkişafında infrastruktur layihələrinin əhəmiyyətindən danışdı, görülən işlərin önəmini vurğuladı. İnfrastruktur layihələri arasında su ilə təchizat xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan A. Əmiraslanov hazırda bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərlə yanaşı, qarşıda duran vəzifələrin də uğurla yerinə yetiriləcəyinə əminliyini bildirdi.  Sonra Azər Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşın fəxri adlar və medallarla təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxudu.
  Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Baş nazirin müşaviri Musa Məmmədov, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ,Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov, çıxış etdilər.
  Konfransda Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev çıxış edərək, AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyevin Peşə bayramı münasibəti ilə Təbrik məktubunu iştirakçıların diqqətinə çatdırdı. T.Quliyev daha sonra Federasiya tərəfindən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşın təltif edildiyini bildirərək, sahə zəhmətkeşlərini bir daha təbrik etdi və işlərində yeni-yeni uğurlar arzuladı.
  Tədbirin sonunda elmi-praktik konfransın iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
   Konfransa su təsərrüfatı və meliorasiya sahəsində görülən işlərdən bəhs edən filmin nümayişi ilə yekun vuruldu.