AZE ENG RUS
Xəbərlər

“Azərsun Holdinq” Şirkətlər Qrupunun“ Azərsun Akademiyası”nın Tədris Mərkəzində Azərbaycan Həmkarlar İittifaqları Konfederasiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Kənd Təsərrüfat və Qida Sənayesi İşçiləri Hİ Federasiyası ilə birgə “Dövlət sosial sığortası və sağlamlığın mühafizəsi sahəsində məsələlər “mövzusunda seminar keçirilmişdir.

25.05.2017

   Seminarın giriş sözü ilə Federasiyanın sədr müavini  Təhmasib Əliyev açaraq iştirakçıları salamladı.  O, həmkarlar ittifaqı fəalları, mühasiblər , kadrlar şöbəsi işçiləri  üçün seminarın əhəmiyətli olduğunu qeyd etdi.
  “Azərsun Holdinq” Şirkətlər Qrupunun  İnsan Resursları departamentinin müdiri Mujdeddin Bozkurt şirkətin yeni layihələrindən, mərkəzin  tədris proqramından danışdı.
   Sonra söz məruzəçilərə verildi.
   Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  baş hüquqşünası Səbuhi Abdullayev “Əhalinin sağlamlığının qorunması üzrə Azərbaycan qanunvericiliyinin əsasları “barəsində ətraflı məlumat verdi. 
   Dahə  sonra Nazirliyin Peşə xəstəliləri klikasının baş həkimi Sevda Xəlilova “Xəstəliklərin profilkatikası və tibbi xidmət.Peşə xəstəlikləri, müalicə-profilaktiki qidalanma”  mövzusunda məruzəsi dinlənildi. Məruzədə iştirakçıların diqqətini müəssisələrdə zərərli maddələrlə təmasda olan işçilərin əməyin mühafizəsi üzrə  təhlükəsizlik  tələbləri, insan orqanizminə törədə biləcək xəstəliklər və bu cür halların qarşısının alınmasında profilaktiki müayinələrin  mütəmadi aparılması tövsiyə olundu.
   Azərbaycan Respublikası Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun “ Sosial Ödənişlər “ şöbəsinin aparıcı məsləhətçisi  Azər Məmmədov “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası.Əmək pensiyaları, nizamnamə  və hesablaşma qaydaları . Pensiya sığortasına ödəmələrdəki problemlər “ barədə çıxış etdi. 
   Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Sağlamlığın mühafizəsi və sosial təminat “ şöbəsinin müdiri Kazbek Ələkbərov və şöbənin baş mütəxəssisi Rəna Əlizadə “Sosial sığorta üzrə müavinatlar ,müavinatların növləri , ödənilmə qaydaları”  mövzularında məruzə etdilər.
   Seminarda  əmək və sosial pensiyalar, xəstəlik vərəqələrin verilmə qaydaları, hamiləlik, doğuşa və dəfnə  görə  müavinatların ödənilməsi  və şərtləri barəsində   iştirakçıların sualları cavablandırıldı.
   Tədbirin sonunda “Azərsun Holdinq” Şirkətlər Qrupunun fəaliyyəti  barədə videoçarx izlənildi.