AZE ENG RUS
Xəbərlər

Azərbaycan Kənd təsərrüfatı və Qida Sənayei İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon təşkilatının hesabat-seçki Konfransı haqqında.

04.05.2017

  
05 may 2017-ci il tarixində  “ Kənd-Qida-İş” həmkarlar İttifaqı Oğuz rayon təşkilatının növbəti hesabat-seçki konfransı keçirilmişdir.Konfransın gündəliyi  təstiq edildikdən  sonra komitənin sədri Əbülfət Əskərov 2015-2017- ci illər ərzindəki dövrdə komitənin gördüyü işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir. O qeyd edmişdir ki,  işçilərlə işəgötürənlər arasında fərdi əmək müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun başlanmasına və onun müddəlarına əməl  edilməsi daim  diqqətimizdə olmuş , xidmətimizdə olan bütün təşkilatlarda  kollektiv müqavilələrin bağlanmasına , orada da ən vacib sahələrin , əməyin mühafizəsi , əmək haqqı , sosial müdafiə  və s. məsələlərin öz əksini tapmasına və əlbəttdə qəbul edilmiş şərtlərin yerinə yetirilməsinə nail olmuşdur.

  Təftiş komissiyasının da hesabatı dinlənildi. Məruzə ətrafında çıxış edənlər yeni seçilən heyətə daha gərgin işləmələrini   tövsiyə etdilər.    
 Müəssisə və təşkilatlarla əlaqəni daha da möhkəmləmdirməyi, işçilərin maraqlandıran məsələlərə və onların problemlərinin həllinə diqqətin artırılmasının vacibliyini vurğuladılar.
   Komitənin işi kafi qiymətləndirildi. Konfrans nümayəndələri Əbülfət Əskərova ehtimad göstərərək onu yenidən rayon komitəsinin sədri seçdilər.
   Konfransın işində Federasiyanın baş texniki əmək müfəttişi Anar Tağıyev iştirak edirdi.