AZE ENG RUS
Xəbərlər

“ Kənq-Qida-İş” Hİ İsmayıllı rayon komitəsinin hesabat seçki Konfransı haqqında.

26.04.2017


  
Federasiyanın hesabat seçki konfranslarının keçirilməsi qrafikinə uyğun olaraq  27 aprel 2017—ci il tarixində İsmayıllı rayon komitəsinin hesabat seçki konfransı keçirilmişdir.
   Konfransın gündəliyi təstiq edildikdən sonra rayon komitəsinin sədri Ağamahmud Məmmədov  hesabat dövrü ərzində komitənin gördüyü işlər barədə geniş məlumat verdi. O qeyd etdki ki, işçilərin sosial- iqtisadi və hüquqi mənafelərinin müdafiəsi sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, əmək münasibətlərini tənzimləyən  kollektiv müqavilələrin bağlanması və onun şərtlərinin yerinə yetirilməsi daima komitənin diqqətinə olmuşdur. Əmək şəraiti təhlükəsiz və sağlam iş yerlərinin yaradılmasına ictimai nəzarəti  həyata keçirilmişdir.
Bununla yanaşı bir sıra problemlər də mövcudur ki, bunlarında aradan qaldırılmasına çalışırıq.
   Təftiş komissiyasının da hesabatı dinlənildi. Müzakirələrdə çıxış edənlər rayon komitəsinin  işinin qənaətbəxş olmasını qeyd etməklə yanaşı bir sıra məsələlərədə toxundular. Onlar qeyd etdilər ki, bir sıra yerlərdə əmək haqqının gecikdirilməsi hallarına rast gəlinir. Yaxşı olarki, ki işçilərin qısa müddətli  istirahətini təşkil edilməsi barədə həmkarlar  təşkilatı müvafiq tədbirlər görsün.
   Konfransın işində  Federasiyanın şöbə müdiri Vaqif Əliyev iştirak edirdi.
   Ağamahmud Məmmədov yenidən rayon komitəsinin sədri seçilmişdir.