AZE ENG RUS
Xəbərlər

Hesabat - seçki konfransları davam edir.

17.04.2017

   
 17 aprel 2017 ci il tarixdə Kənd-Qida-İş Hİ Qazax rayon təşkilatının hesabat-seçki konfransı keçirilmişdir.Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon komitəsinin sədri Fərhad Qocamanov ötən dövr ərzində görülən işlər,problemlər və qarşıda duran məsələlər barədə geniş məlumat verdi.
     O qeyd etdi ki, ötən dövr ərzində xeyli dərəcədə məqsədyönlü işlər görülmüşdür.Üzvlərin say tərkibi artmış və ilk təşkilatlarda işin ahəngi güclənmişdir.Yeni yaradılmış “Damla”MMC, Kənd Təsərrüfatı Nazirliyinin Qazax rayon Kənd Təsərrüfatı İdarəsi və “Şıxlı” fermer təsərrüfatlarında həmkarlar ittifaqı təşkilatının yaradılması işlərimizi  xeyli dərəcədə canlandırmışdır.Bütün təşkilatlarda kollektiv müqavilələrin bağlanmasına nail olmuşuq.
     Təftiş komissiyasının hesabatı dinlənildi. Müzakirələrdə çıxış edənlər komitənin fəaliyyətinə kafi qiymət verdilər və bir sıra təkliflər irəli sürdülər. Kənd təsərrüfatında işləyən işçilərin tibbi sığorta olunmasının , fərdi fermer təsərrüfatlarının birləşib iri kooperasiyaların yaradılmasının vacibliyi də qeyd edildi. 
     Sonra təşkilati məsələyə baxıldı. Qocamanov Fərhad Hüseyn oğlu yenidən  komitənin sədri seçildi.