AZE ENG RUS
Xəbərlər

Kənd-Qida-İş Hİ Beyləqan rayon komitəsinin hesabat -seçki konfransı keçirilmişdir.

12.04.2017

     
12 aprel 2017-ci il tarixdə Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Beyləqan rayon təşkilatının  X konfransı  keçirilmişdir.
     Gündəlik təsdiq olunduqdan sonra hesabat məruzəsi dinlənilmişdir. Məruzədə qeyd olunmuşdur ki, hesabat dövründə həmkarlar ittifaqı təşkilatları öz fəaliyyətini əsasən işçilərin hüquq və mənafelərinin müdafiəsinə yönəltmiş və bir çox hallarda buna nail olmuşlar.Konfrans öncəsi ilk təşkilatlarda keçirilən yığıncaqlarda həmkarlar təşkilatının gördüyü işlərdən,müəssisənin iqtisadi vəziyyətindən, kəndli fermer təsərrüfatlarının qarşılaşdıqları çətinliklərdən geniş müzakirələr aparılmış və təkliflər irəli sürülmüşdür.
     Çıxış edənlər göstərmişlər ki, onların əsas vəzifəsi hər bir zəhmət adamına qayğı ilə yanaşmaqdan,onların əmək və sosial-iqtisadi hüquqlarının müdafiə edilməsindən ibarətdir.
     Müəssisə və təşkilatlarda işçilərlə işəgötürənlər arasında dialoqun baş tutması,həmkarlar ittifaqının səmərəli fəaliyyətinin təmin olunması, sosial əmək münasibətlərinin tənzimlənməsində işəgötürənlərlə kollektiv müqavilələrin bağlanmasının vacibliyini qeyd etdilər.
İş yerlərində əməyin mühafizəsi , işçilərə sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, xususi iş paltarı və fərdi mühafizə vasitələri ilə təmin olunması işinə diqqətin daha da artırılması vurğulandı.
    Konfrans rayon komitəsinin işini qənaətbəxş hesab etdi. Bayramov Fazil Qurban oğlu  yenidən Kənd-Qida-İş Hİ Beyləqan rayon komitəsinin sədri seçildi.