AZE ENG RUS
Xəbərlər

“Həmkarlar təşkilatının fəaliyyəti üzvləri qane edir”

31.03.2017

   
31 mart 2017-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir. Konfransın işində “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının sədr müavini Təhmasib Əliyev iştirak etmişdir.
    Konfransa sədrlik edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov ilk növbədə Azərbaycanlıların soyqırımı ilə əlaqədar tarixi hadisələr haqda xronoloji ardıcıllıqla konfrans iştirakçılarına məlumat verdi və onların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Bundan sonra Nazirliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Hidayət Kazımovun və Təftiş Komissiyasının sədri Ataş Nuriyevin hesabat məruzələri dinlənildi. Hesabat məruzələri ətrafında 8 nəfərin çıxışı oldu. Çıxışlarda HİK-nin hesabat dövrü ərzində fəaliyyəti yüksək qiymətləndirildi, Təftiş Komissiyasının hesabatı təsdiq edildi. 
    Çıxışlarda əməkdaşların tibbi sığortasının tezləşdirilməsi, işçilərin yaşayış sahəsi ilə təmin edilməsi üçün yarımçıq qalmış yaşayış evinin tikintisinin davam etdirilməsi ilə bağlı müvafiq tədbirlər görülməsi, kollektiv mədəni-kütləvi tədbir-lərin tez-tez həyata keçirilməsi və digər məsələlər barədə qərar qəbul edildi.
    Hesabat-seçki Konfransında Hidayət Kazımov tərəfindən həmkarlar ittifaqı üzvlərinin maraqlarının qorunması, əlamətdar və çətin günlərdə onlara göstərilən diqqət və qayğı, maddi və mənəvi dəstəyi nəzərə alınaraq o yekdilliklə  yenidən Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçildi.