AZE ENG RUS
Xəbərlər

Sahə Həmkarlar İttifaqının ilk təşkilkatlarında hesabat-seçki yığıncaqları keçirilir

16.02.2017

    «Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının bilavasitə  xidmətinə daxil olan  ilk həmkarlar ittifaqları təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir. 
    Yığıncaqların təlimata uyğun aparılması məqsədilə “Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olan    “Kənd Təsərrüfatı Məhsulları İstehsalı” MMC, “Bakı Yağ və  Qida Fabriki” MMC,  “İnersun Menecment Kompanı” MMC, “European Tobacco-Baku” ASC, “MKT İstehsalat Kommersiya” MMC, “Bakı Fındıq  Emalı” MMC və  Kənd Təsərrüfatı Nazirliyinin Həmkarlar İttifaqı Komitələrinin sədrlərinin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.
     Tədbirdə ilk təşkilatlara təşkilati və metodiki tövsiyələr verilib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, yığıncaqlarda həmkarlar ittifaqı orqanlarına seçkilərdə təşəbbüskar, təcrübəli, səriştəli fəallara etimad göstərilsin.  İlk təşkilatlarda hesabat-seçki yığıncaqları fevralın 1-də start götürmüşdür. 
     Tədbirdə  Federasiyanın sədri Tofiq Quliyev  öz tövsiyələrini iştirakçılara çatdırmışdır.