AZE ENG RUS
Xəbərlər

Rusiya Federasiyasının Astarxan vilayətində Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Rusiya Həmkarlar İttifaqları Federasiyasının birgə təşkilatçılığı ilə “Həmkarlar ittifaqlarının hüquqlarının qorunmasında gənclərin rolu” mövzusunda seminar keçirilib.

11.11.2016

               


 

Noyabrın 9-10 da Rusiya Federasiyasının Astarxan vilayətində Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Rusiya Həmkarlar İttifaqları Federasiyasının birgə təşkilatçılığı ilə “Həmkarlar ittifaqlarının hüquqlarının qorunmasında gənclərin rolu” mövzusunda seminar keçirilib.

            İki gün davam edən seminara Xəzəryanı ölkələrin (Rusiya, Azərbaycan və Qazaxıstan) nümayəndələri qatılıblar.Seminarın açılışında çıxış edən Astarxan vilayəti Həmkarlar İttifaqı Şurasının sədri Svetlana Kalaşnikova həmkarlar ittifaqlarının inkişafında gənclərin rolunun böyük olduğunu bildirib. Sonra BƏT-in Moskva ofisinin baş mütəxəssisi Serqeus Qlovasqas, BHİK-in Pan Avropa Regional Şurasının kordinatoru Anna Salnikova, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının katibi və başqaları çıxış edərək əmək bazarındakı problemlərin həll olunması yollarından danışıblar.

           Daha sonra həmkarlar ittifaqlarının hüquqlarının milli qanunvericiliklərlə qorunması məsələləri müzakirə olunub.Müzakirədə Azərbaycan nümayəndə heyətinin üzvləri Azərbaycanda həmkarlar ittifaqının fəaliyyəti qanunla tənzimlənir və həmkarlar ittifaqının fəaliyyətinin tənzimlənməsində  Baş Kollektiv Sazişin əhəmiyyəti xüsusi vurğulanır.Azərbaycanda Nazirlər Kabineti, AHİK və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası birgə Baş Kollektiv Saziş imzalayır.

           Seminar öz işini ertəsi gün qruplar şəklində davam etdirib. Seminarda “Kənd-Qida-İş” Hİ Federasiyasının Baş texniki əmək müfəttişi Anar Tağıyev iştirak etmişdir.