AZE ENG RUS
Xəbərlər

“Kənd-Qida-İş” Hİ Federasiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə 07 oktyabr 2016-cı ildə Ümumdünya Layiqli Əmək Gününə (07 oktyabr) həsr olunmuş “Layiqli əmək milli iqtisadiyyatın və sosial siyasətin ən əsas istiqamətlərindən biridir”, ”İş yerlərində layiqli əməyin təminatı,bu sahədə həmkarlar ittifaqının fəaliyyəti” mövzusunda Bakı şəhərində seminar keçirmişdi.

07.10.2016

           
       “Kənd-Qida-İş” Hİ Federasiyası  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə  07 oktyabr 2016-cı ildə Ümumdünya Layiqli Əmək Gününə (07 oktyabr) həsr olunmuş “Layiqli əmək milli iqtisadiyyatın və sosial siyasətin ən əsas istiqamətlərindən biridir”, ”İş yerlərində layiqli əməyin təminatı,bu sahədə həmkarlar ittifaqının fəaliyyəti” mövzusunda Bakı şəhərində seminar keçirmişdi.
       Seminarda AHİK-in əməyin mühafizəsi şöbəsinin mütəxəssisi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri və Federasyanın məsul işçiləri iştirak etmişdir. Seminarı giriş sözü ilə Federasiyanın sədr müavini Təhmasi Əliyev açaraq bildirmişdir ki, Layiqli əmək Azərbaycan Respublikasında milli iqtisadiyyatın və sosial siyasətin ən əsas istiqamətlərindən biridir.Beynəlxalq Əmək Təşkilatının Konvensiyasına əsasən “Layiqli əmək”-istər kişi, istərsə də qadınlar üçün azad, bərabər hüquqlu, təhlükəsizlik və insan ləyaqətinə hörmət edən tələblərə cavab verən layiqli və məhsuldar işlə təminat imkanlarının təkmilləşdirilməsi deməkdir.Təsadüfi deyil ki, 07 oktyabr bütün dünyada Ümumdünya Layiq Əmək günü kimi qeyd olunur.
       AHİK-in əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Mürvət Mehrabovun “Koorporativ tamahkarlığa son qoyaq” mövzusunda məruzəsi dinlənildi.Bundan başqa Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənovun “Layiqli əmək milli iqtisadiyyatın və sosial siyasətin ən əsas istiqamətlərindən biridir” mövzusunda məruzəsi dinlənildi.Federasiyanın baş texniki əmək müfəttişi Anar Tağıyevin “Layiqli əməyin təminatı-bu sahədə həmkarlar ittifaqının fəaliyyəti” mövzusunda məruzə etdi.Federasiya mütəmadi olaraq, qanunvericiliyin verdiyi imkanlardan istifadə edərək Sahəyə daxil olan təsərrüfat və icra hakimiyyəti orqanları ilə danışıqlar apararaq sahənin sosial iqtisadi inkişaf istiqamətlərini, peşə qruplarının, işçilərin əmək şəraiti, əmək haqqı və sosial təminatlarını müəyyən edən-Sahə (tarif) kollektivi bağlayır.
       Seminarda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırıldı.Seminarın sonunda tədbir iştirakçılarına anket sorğu vərəqələri paylanıldı və iştirakçılar sorğuları cavablandırdılar.