AZE ENG RUS
Xəbərlər

Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Federasiyasının III Konqresi keçirilmişdir.

23.09.2016

      
Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Federasiyasının  III Konqresi keçirilmişdir. Konqresdə 15 ölkədən 23 üzv təşkilatın nümayəndələri, o cümlədən Türkiyə, Azərbaycan, Serbiya, Albaniya, Karadağ, Qırğızıstan, Gürcüstan, Tacikistan, Bosniya və Hersoqovina, Bolqarıstan və  digər ölkələrdən olan nümayəndələr iştirak edirdi.    Tədbirdə  Kənd təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri, Avrasiya Federasiyasının vitse-prezidenti Tofiq Quliyev və Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev iştirak və çıxış etmişlər.
     III Konqresin gündəliyində Avrasiya Federasiyasının ötən dövr ərzində gördüyü işlərə dair  hesabat, Qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər və Təşkilati məsələlər dururdu. 
    Gündəlikdə duran məsələlər müzakirə olunduqdan sonra müvafiq Qərarlar qəbul olundu, Avrasiya Federasiyasının Nizamnaməsinə dəyişikliklər və əlavələr edildi , Qurumun seçkili orqanlarına namizədlər  təsdiq edildi. Cemail Bakındı yenidən Avrasiya Federasiyasının Prezidenti və  Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev və Karadağ Turizm ve İaşə İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Cede Milinic
Federasiyanın  vitse-prezidentləri  seçildilər.
   Sonda dünya ölkələrində, o cümlədən Suriya, İrak, Qarabağ və s. bölgələrdə baş vermiş müharibələrə, terror aktlarına son qoyulması, insanların sülh  və əmin amanlıq şəraitində yaşaması, məcburi köçkün düşmüş əhalinin öz yurd-yuvalarına qaytarılması üçün bütün ölkələrin birləşərək bir araya gəlməsinin vacibliyini əks etdirən Bəyannamə qəbul edildi.