AZE ENG RUS
Xəbərlər

Həmkarlar İttifaqlarının Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının ( МОАП) növbəti iclası keçirildi.

15.08.2016

 Kənd-Qida-İş” Hİ Federasiyasının Sosial-iqtisadi müdafiə və mədəni-kütləvi işlər üzrə şöbəsinin müdiri  Vaqif Əliyev avqustun 09-dan  13-ə kimi Qazaxıstanın Astana  şəhərində  Həmkarlar İttifaqlarının Beynəlxalq Birliyinin  Məsləhətləşmə Şurasının  ( МОАП) növbəti iclasda iştirak etmişdir.
      Tədbirdə çıxış  edən V.Əliyev  Azərbaycan həmkarlar ittifaqları adından iştirakçıları salamladı və iclasda  müzakirə olunan iqtisadi islahatların aparılması, sahibkarlığın inkişafı, işçilərin əmək hüquqlarının və sosial təminatlarının qorunması əsas məsələlərdən biri olduğunu vurğuladı. 
      İşgüzar şəraitdə keçən iclasda regionlarda əmək qanunvericiliyi  və həmkarlar haqqında qanunlar ,  onların həlli yolları və qarşıda duran məsələlər müzakirə olundu. Tədbir iştirakçıları tərəfindən    Həmkarlar İttifaqlarının Beynəlxalq Birliyinin  Məsləhətləşmə Şurasının  ( МОАП)  növbəti iclasın keçirilməsi və  Beynəlxalq Birliyinin  Məsləhətləşmə Şurasının  ( МОАП ) fəaliyyəti və digər gündəlikdə olan məsələlər müzakirə olundu.
    İclasda  Rusiya Federasiyasının Aqrar Sənaye Kompleksi  İşçilərinin Həmkarlar İttifaqı, Qırğızıstan Respublikasının  Aqrar Sənaye Kompleksi  və Kənd Təsərrüfatı Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı, Belarus Aqrar Sənaye Kompleksi  İşçilərinin Həmkarlar İttifaqı, Tacikistan Aqrar Sənaye Kompleksi  İşçilərinin Həmkarlar İttifaqı təmsil olunurdu.
     Daha sonra,  tədbir iştirakçıları istehsalatla bağlı təcrübə mübadiləsi məqsədilə   A.İ. Barayev adına  Elmi İstehsalat   Taxıl Təsərrüfatı  və   AC “RMDH “ Asıl tylik” ( damazlıq heyvandarlıq yetişdirilməsi)  mərkəzlərə  ekskursiya etdilər və şəhərin görməli yerləri ilə tanış  oldular.