AZE ENG RUS
Xəbərlər

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ilə birgə 5 iyun “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı münasibəti ilə tədbirlər həyata keçirilmişdir.

06.06.2016

   “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin birgə “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı münasibəti ilə tədbirlər həyata keçirilmişdir.
Tədbir əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələrinin qoyulması ilə başlandı, sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət etdilər.
   “Hyatt Regency Baku”da Peşə bayramına həsr edilmiş “Azərbaycanın su təsərrüfatı və meliorasiya kompleksinin inkişafındakı uğurlar HeydərƏliyevin ideyaları ilə bağlıdır” mövzusunda Elmi-praktiki Konfrans keçirilmişdir.
    Əvvəlcə Azərbaycanın meliorasiya və su təsərrüfatı sahəsində görülmüş işlərə həsr edilmiş video-film nümayiş etdirilmişdir.
Eimi-praktiki konfransı giriş sözü ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə açaraq, qeyd etmişdir ki, Respublikada melioirasiya və irriqasiya işləri keçən əsrin əvvəllərindən başlansa da, onun əsaslı inkişafına ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunmuşdur. Hazırda ölkədə geniş suvarma sistemlərinə, kollektor-drenaj şəbəkələrinə, nasos stansiyalarına, su anbarlarından ibarət güclü istehsalat bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşdırılmış meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir.
   Konfransda daha sonra “Heydər Əliyev ideyaları su təsərrüfatı və meliorasiya kompleksinin uğurlu inkişafının təminatçısıdır”, “Torpaq və su ehtiyatlarından səmərəli istifadənin elmi əsasları”, “Keyfiyyətli və etibarlı su mənbələri-dayanıqlı su təchizatının əsas təminatçısıdır” və s. mövzularda məruzələr dinlənilmişdir.
   Konfransda Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev çıxış edərək, AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyevin Peşə bayramı münasibəti ilə Təbrik məktunu iştirakçıların diqqətinə çatdırdı. T.Quliyev daha sonra Federasiya tərəfindən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşın təltif edildiyini bildirərək, sahə zəhmətkeşlərini bir daha təbrik etdi və işlərində yeni-yeni uğurlar arzuladı.