AZE ENG RUS
Xəbərlər

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə“2015-ci il Kənd Təsərrüfatı ili - kənd təsərrüfatı sahəsində əməyin mühafizəsi, yüksək əmək standartları” devizi altında Qax rayonunda “Müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında profilaktiki tədbirlərin əhəmiyyəti” mövzusunda zona seminarı keçirilmişdir.

21.04.2015

Azərbaycan  Respublikası Kənd Təsərrüfatı Nazirliyi və     “Kənd-Qida-İş”Hİ Federasiyasının    birgə  “ “Müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında profilaktiki tədbirlərin əhəmiyyəti”  mövzusunda     21 aprel  2015-ci il tarixində Qax  şəhərində  növbəti zona seminarı keçirmişdir.Seminarı “Kənd-Qida-İş”Hİ Qax   rayon komitəsinin sədri  Mələk Əhmədzadə açaraq, seminar iştirakçılarını salamladı və onlara seminarın işində uğurlar arzuladı.  
   Seminarda Federasiyanın sədr müavini Təhmasib Əliyev məruzə ilə çıxış edərək son illər iqtisadiyyatda, o cümlədən aqrar sahədə texniki avadanlıqların ən son nailiyyətləri tətbiq olunması, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində yeni normativ aktlar qəbul  edilməsi  işəgötürənlər və həmkarlar ittifaqı təşkilatları arasında qarşılıqlı əlaqələrin yeni bir  təməlinin qoyulmasını qeyd etmişdir.
  Federasiyanın Baş texniki əmək müfəttişi Anar Tağıyev “Müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında profilaktiki tədbirlərin əhəmiyyəti”,Ölkədə gedən islahatlar və ondan irəli gələn əməyin mühafizəsi problemləri-Həmkarlar İttifaqlarının qarşısında  duran  vəzifələr barədə seminar iştirakçılarını məlumatlandırmışdır.
     Daha sonra Federasiyanın texniki əmək müfəttişi Vaqif Əliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın mahiyyəti” mövzusunda geniş məruzə etmişdir.
    Şəki ərazi üzrə kənd təsərrüfatı idarəsinin rəisi Nürəddin İbrahimov  aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi islahatları  barədə məlumat vermişdir.  
     Seminarda  18 saylı ərazi üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Arif Muradov əmək qanunvericiliyinin tətbiqi,əməyin mühafizəsi sahəsində zonada görülən işlər barədə məlumat vermişdir. Seminarın gedişində Sahə Hİ Balakən, Zaqatala, Oğuz, Şəki  rayon həmkarlar ittifaqları fəalları və texniki təhlükəsiz üzrə mütəxəssislər  də iştirak etmişdirlər.   
   Seminarda dinləyiciləri maraqlandıran suallar cavablandırıldı.