AZE ENG RUS
Xəbərlər

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə“2015-ci il Kənd Təsərrüfatı ili - kənd təsərrüfatı sahəsində əməyin mühafizəsi, yüksək əmək standartları” devizi altında Şəmkir rayonunda “Müəssisədə sağlam və təhlükəsiz əmək şəraiti sahəsində həmkarlar ittifaqı və işəgötürənlərin birgə fəaliyyəti” mövzusunda zona seminarı keçirilmişdir.

12.02.2015

 Azərbaycan  Respublikası Kənd Təsərrüfatı Nazirliyi və     “Kənd-Qida-İş”Hİ Federasiyasının    birgə  “ “Müəssisədə sağlam və təhlükəsiz əmək şəraiti sahəsində həmkarlar ittifaqı və işəgötürənlərin birgə fəaliyyəti” mövzusunda     10 fevral 2015-ci il tarixində Şəmkir  şəhərində  növbəti zona seminarı keçirmişdir.Seminarı “Kənd-Qida-İş”Hİ Şəmkir   rayon komitəsinin sədri  Zəhra Məmmədova açaraq, seminar iştirakçılarını salamladı və onlara seminarın işində uğurlar arzuladı.  
   Seminarda Federasiyanın sədr müavini Təhmasib Əliyev məruzə ilə çıxış edərək son illər iqtisadiyyatda, o cümlədən aqrar sahədə texniki avadanlıqların ən son nailiyyətləri tətbiq olunması, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində yeni normativ aktlar qəbul  edilməsi  işəgötürənlər və həmkarlar ittifaqı təşkilatları arasında qarşılıqlı əlaqələrin yeni bir  təməlinin qoyulmasını qeyd etmişdir.
   Daha sonra Federasiyanın Baş texniki əmək müfəttişi Anar Tağıyev “Ölkədə gedən islahatlar və ondan irəli gələn əməyin mühafizəsi problemləri-Həmkarlar İttifaqlarının qarşısında  duran  vəzifələr” barədə seminar iştirakçılarını məlumatlandırmışdır.
   Tovuz ərazi üzrə kənd təsərrüfatı idarəsinin rəisi C.Qəhrəmanov aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi islahatları  barədə məlumat vermişdir.  
    Seminarda Federasiyanın texniki əmək müfəttişi V. Əliyev, 20 saylı ərazi üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi M.Şükürovun, Samux Ərazi üzrə Kənd Təsərrüfatı idarəsinin rəisi T.Tanrıverdiyevin çıxışları da dinlənilmişdir. Seminarın gedişində Sahə Hİ Qazax, Ağstafa, Tovuz, Samux rayon həmkarlar ittifaqları fəalları və texniki təhlükəsiz üzrə mütəxəssislər  də iştirak etmişdirlər.   
   Seminarda dinləyiciləri maraqlandıran suallar cavablandırıldı.