AZE ENG RUS
Xəbərlər

“Kənd-Qida-İş”Hİ Federasiyası AHİK-in II məclisinin qərarına müvafiq olaraq Əməyin mühafizəsi vəziyyətini araşdırmaq məqsədi ilə regionlarda sahə həmkarlar ittifaqının xidmətində olan bir sıra müəssisə və təşkilatlarda yoxlamalar aparmışdır.

29.12.2014

 İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması,işəgötürənin və bu sahəyə ictimai nəzarət funksiyasını həyata keçirən həmkarlar ittifaqının ən başlıca vəzifələrindən biridir. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu,istehsalat prosesinin təhlükəsizliyini,işçilərin müxtəlif növ zədələnmə və bədbəxt hadisələrdən qorunmasını,bunu yaradan səbəblərin aşkar edilərək aradan qaldırılmasını təmin etmək,bir sözlə əməyin mühafizəsinin vəziyyətini araşdırmaq məqsədi ilə “Kənd-Qida-İş” Hİ Federasiyasının məsul işçilərin 25-26 dekabr 2014-cü il tarixlərində Salyan və Biləsuvar rayonlarında sahə həmkarlar ittifaqının xidmətində olan Salyan Suvarma Sistemləri idarəsi,Biləsuvar Suvarma Sistemləri idarəsi və Cənubi Muğan-Kanalı İstismar idarəsində olmuşlar.
    İlk öncə işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin,təlimatlatlandırılmasının, biliklərinin yoxlanmasını, xüsusi geyim,xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin edilməsinə dair texniki sənədlərlə tanış olundu. Bundan əlavə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərlə uygunluğu,kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməsi və onların yerinə yetirilməsinin vəziyyəti, ağır və zərərli şəraitdə işləyənlərin məzuniyyətə buraxılmasına dair əmrlər  araşdırıldı.
    Müəssisədə işçilərlə görüş keçirildiyi zaman onları maraqlandıran suallara ətraflı cavab verildi. Müəssisə rəhbərlərinə iradlar bildirildi  və onların aradan qaldırılması üçün təqdimatlar verildi.
    Bundan əlavə müəssisələrin təhlükəsizlik texnikası üzrə mütəxəsislərinə yeni hüquqi normativ aktlar və əməyin mühafizəsinə dair yeni çapdan çıxmış kitablar təqdim edilmişdir.