AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin sentyabr ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

16.09.2019

-Kənd-Qida-İş” Həmkarlar İttifaqının  İcraiyyə Komitəsinin növbəti  iclası keçirilmişdir. İclasa Federasiyanın sədri Tofiq Quliyev sədrlik etmişdir. İclasda cari məsələlərlə yanaşı, kənd təsərrüfatında   fəaliyyət göstərən təsərrüfatlarda çalışan işçilərin aqrar sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə səfərbər edilməsi və  ilk həmkarlar ittifaqı təşkilatlarının İdarəetmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə vahid qurumda mərkəzləşdirilməsi ilə əlaqədar , Kənd Təsərrüfatı  İşçilərinin Həmkarlar İttifaqı Birliyinin yaradılması barədə məsələ müzakirə edilmiş və müvafiq  qərar   qəbul edilmişdir.Birliyin tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin strukturunda və tabeliyində olan qurumların ( AR Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli, 549 nömrəli Qərarı)  həmkarlar təşkilatları verilib. Kənd təsərrüfatı ilə bağlı özəl qurumlarda yeni təşkilatların yaradılması həm rayon komitələrinin,həm də Həmkarlar İttifaqı Birliyinin səlahiyyətinə daxildir. Qəbul edilmiş Qərarlar icra üçün üzv təşkilatlara göndərilmişdir;

-Federasiyanın nümayəndəsi Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə Sabirabad Mexaniki Suvarma İdarəsində baş vermiş bədbəxt hadisənin təhqiqində iştirak etmişdir ;

-“Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olan müəssisələrinin Həmkarlar İttifaqı Komitələri tərəfindən dərs ilinin başlanması ilə əlaqədar aztəminatlı ailələrin uşaqlarına məktəbli geyimlərinin və məktəb ləvazimatlarının alınması təmin edilmişdir.