30.09.2019
-Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının tərkibində Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin yaradılması barədə “Kənd-Qida-İş” Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin 08 b.12 nömrəli 02 sentyabr 2019-cu il tarixli qərarının icrası olaraq 20 sentyabr 2019-cu il tarixdə adı çəkilən qurumun Təsis Konfransı keçirilmişdir.Konfransda Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev iştirak və çıxış etmişlər. Məmmədov Fuad Boris oğlu Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının tərkibində Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri seçilmişdir;
-Federasiyanın nümayəndəsi tərəfindən Yevlax rayonda vətəndaşların qəbulu keçirilmişdir. Qəbula qələn vətəndaşların şikayətləri diqqətlə dinlənilmiş,zəruri məsləhət və izahatlar verilmişdir.
-Həmkarlar İttifaqı kadr və fəallarının təhsilinin Təqvim Planına əsasən AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil etdiyi ixtisasartırma kursunda Federasiyanın fəalları iştirak etmişdirlər;
-Federasiyanın nümayəndəsi İcra Başçısının dəvəti ilə Zaqatala rayonunda keçirilən Məhsul Bayramında "Beynəlxalq,qoz,fındıq,şabalıd festivalı”nda iştirak etmişdir. Bayram Mərasimi bir-birindən maraqlı tədbirlərlə davam etmişdir.Bu tədbirlərin təşkilində Sahə Hİ Zaqatala rayon komitəsi və onun üzv təşkilatları yaxından iştirak etmişdir ;