AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin iyun ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

01.07.2019

-     Federasiyanın tədbirlər Planına uyğun olaraq , 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Federasiya və həmçinin  Sahə Hİ  Gəncə şəhər komitəsi və  Qax, Beyləqan Sabirabad,Tərtər,Qusar, Masallı   rayon komitələrində və  həmçinin üzv təşkilatlardan “Azərsun Holdinq” Şirkətlər Qrupunun müəssisələrində, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Aqrolizinq” ASC  və s. təşkilatlarda bir sıra tədbirlər, elmi-praktik konfranslar keçirilmişdir;

-  26 iyun Azərbaycan Respublikasının Silahlı  Qüvvələr günü münasibəti ilə   Sahə Hİ Abşeron   Ağdam, Beyləqan, Tərtər, Lənkəran, Salyan,Qusar  və s. rayon komitələri, “Gəncə Alimlər Evi”-nin bədii kollektivi “N” saylı Hərbi Hissədə  əsgərlərimizə baş çəkmiş və bayram münasibəti ilə onlara mədəni tədbirlər nümayiş etdirmiş və hədiyyələr təqdim etmişlər; 

- 2019-cu il üçün  Həmkarlar İttifaqı kadr və fəallarının təhsilinin Təqvim Planına əsasən, AHİK-in  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil etdiyi “ Kadr işinin əsasları.Psixoloji aspektlər” və  “ Auditoriya həyacanının aradan qaldırılması və natiqlik bacarığı”  mövzularında  ixtisasartırma kurslarda   Federasiyanın  HİK sədrləri və ilk təşkilatların fəalları iştirak etmişlər;

- Federasiyanın nümayəndələri Türkiyə Cumhuriyyətinin “TEK-GİDA-İŞ” Sendikasının 16-cı Qurultayında iştirak etmişlər;

-  Federasiyanın nümayəndəsi  tərəfindən Masallı  rayon komitəsinin  xidmətində olan  təşkilatlara əməli və metodiki köməklik göstərilmişdir.