AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin may ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

31.05.2019

2019-cu il üçün  Həmkarlar İttifaqı kadr və fəallarının təhsilinin Təqvim Planına əsasən, AHİK-in  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil etdiyi “ Hİ həyatının demokratikləşdirilməsi və həmkarlar ittifaqı üzvlərini həmkarlar ittifaqı təşkilatının işinə cəlb edilməsi mövzusunda  ixtisasartırma kursunda   Federasiyanın  HİK sədrləri və ilk təşkilatların fəalları iştirak etmişlər;

 -  Federasiyanıın Tədbirlər Planına uyğun olaraq Federasiyada və onun üzv təşkilatlarından  28 May Respublika Gününə həsr  edilmiş tədbirlər həyata keçirilmişdir;

-  Federasiyanın  nümayəndəsi AHİK –in nümayəndə heyətinin tərkibində  Vyana şəhərində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının 14-cü Qurultayında iştirak etmişdir;

- MDB PAA İştirakçısı olan Dövlətlərdə Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı Filialının dəstəyi ilə “ İctimai təşkilatların cəmiyyətin həyatında rolu” mövzusunda keçirilən seminarda Federasiyanın nümayəndəsi iştirak etmişdir;

-Federasiyanın məsul   şəxsləri və sahə Hİ fəalları   “BAKU EXPO CENTER” Mərkəzində təşkil edilmiş 13-cü  Kənd Təsərrüfatı sərgisində iştirak etmiş, sərgidə təmsil olunan yerli  sahibkarlarla birgə əməkdaşlığa dair danışıqlar aparmışlar;

- Federasiyanın nümayəndəsi Biləsuvar rayonunda vətəndaşların qəbulu, ərizə və şikayətlərin yerində araşdırılması vəziyyətini  öyrənmiş, zəruri məsləhət, izahatlar verilmişdir və əməli köməklik göstərmişdir.