15.02.2019
- «Kənd-Qida-İş» Hİ Federasiyası və onun üzv təşkilatlarında Gənclər Günü münasibəti ilə gənclərin həmkarlar ittifaqına cəlb edilməsi, həmkarlar ittifaqı işində fəal iştirak edən gənclərin maddi və mənəvi həvəsləndirilməsi, intellektual səviyyəsinin yüksəldilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi və s. mövzularda dəyirmi masalar keçirilmişdir;
- Federasiyanın nümayəndəsi tərəfindən Sahə Hİ Gəncə şəhər komitəsinin xidmətində olan təşkilatlara əməli və metodiki köməklik göstərilmişdir;
- Federasiyanın nümayəndələri tərəfindən Sahə Hİ Şamaxı və Saatlı rayonlarında həmkarlar ittifaqı üzvlərinin müraciətləri diqqətlə dinlənilmiş, zəruri məsləhət və izahatlar verilmişdir;
-Üzv təşkilatlardan “European Tobacco-Baku” ASC, “Aqrolizinq” ASC, “MKT İstehsalat-Kommersiya” MMC, Samux DAİM, “Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olan “İntersun Menecment Company” MMC və s. təşkilatlarda təşkilatı işlərin qurulması, maliyyə fəaliyyətinin aparılması, vətəndaşların müraciətlərinə baxılması və s. məsələlər üzrə metodiki köməklik göstərilmişdir.