AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin yanvar ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

31.01.2019

 -     Federasiya və onun üzv təşkilatlarında “20 Yanvar” Ümumxalq hüzn günü münasibəti ilə anım tədbirləri keçirilmişdir. “ Azərsun Holdinq” Şirkətlər  Qrupunun Mədəniyyət Mərkəzində   “20 Yanvar” Ümumxalq hüzn  gününə həsr edilmiş ədəbi-bədii tədbirlər keçirilmişdir; 

   -  Federasiyada üzv təşkilatların kadr və fəallarının  illik büdcə və statistik hesabatlarının tərtibi, hesabatlarda edilmiş dəyişikliklərin mənimsənilməsinə dair maarifləndirilmə xarakterli   qısamüddətli kurslar təşkil edilmişdir və AHİK-ə illik büdcə və statistik hesabatlar təqdim edilmişdir;

 -“ Kənd-Qida-İş” Hİ Federasiyasının növbəti İcraiyyə Komitəsinin iclası keçirilmişdir.

İclasda:

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2018-ci il tarixli 414 nömrəli “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən  təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi,özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikassı Nazirlər Kabinetin 2015-ci il tarixli 111 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərarından irəli gələn məsələlərin icrası barədə;
  • “ Məhsul” KKİC-nin Respublika Şurasının Yunan Roma güləşi üzrə yığma komandasının Güləş üzrə Azərbaycan Çempionatına məqsədyönlü  hazırlığı və uğurlu çıxışı  üçün    təlim –məşq toplantısı keçirilməsi barədə;
  • Azərbaycan Respublikası Prezindetinin “ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbir haqqında “26 yanvar 2018-ci il tarixli 3596 nömrəli Sərəncamından irəli gələn məsələlərin icrası və s. məsələlər müzakirə edilmiş və müvafiq qərarlar verilmişdir.