AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin yanvar ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.01.2019

-31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı çərçivəsində  Federasiyanın üzv təşkilatlarında və Sahə Hİ rayon komitələrində bir sıra mədəni-kütləvi  tədbirlər həyata keçirilmişdir. Üzv təşkilatlardan  Sahə Hİ Ağdam,Qax, Ağcabədi, Beyləqan və s. rayon komitələri tərəfindən N-saylı hərbi hissələrə baş çəkilmiş, əsgərlərə isti geyimlər və bayram sovqatları  təqdim olunmuşdur; 

 -   Türkiyə Cumhuriyyətinin “TARIM-İŞ” Sendikasının 20-ci Baş Assambleyasının iclasında Federasıyanın nümayəndələri  iştirak etmişlər;

-    Federasiyada üzv təşkilatların rəhbərlərinin, illik büdcə hesabatlarının düzgün tərtibi,  vaxtı-vaxtında təqdim edilməsi və hesabatlarda edilmiş dəyişikliklərin mənimsənilməsinə dair maarifləndirilmə məqsədi ilə, qısamüddətli kurslar təşkil edilmişdir;


-    “Azərsun Holdinq”  Şirkətlər Qrupunun  Həmkarlar İttifaqı Komitəsi   Qrupun rəhbərliyi ilə birgə ötən ilin yekunlarına həsr edilmiş təntənəli tədbir təşkil etmiş,  uzun müddət  səmərəli  fəaliyyət göstərən   işçilərə  mükafatlar və qiymətli hədiyyələr təqdim etmişdir.