AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin dekabr ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir

27.12.2018

-  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında  “İlin peşəkar gənci” fəxri adına layiq görülən gənclərin təltifedilmə mərasimi keçirilimişdir.Tədbirdə Federasiya üzrə əməkdə və ictimai fəaliyyətdə  fərqlənən, peşəkar fəaliyyət dövründə yüksək bacarıq və qabiliyyətləri ilə  fərqlənənlərdir Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC və "Azərsun Holdinq"  Şirkətlər Qrupunun  gənc mütəxəssisləri təltif olunmuşlar.

  - Federasiyanın nümayəndəsi  Dövlət Əmək Müfəttişliyi Xidmətinin Təhqiqat Komissiyasının tərkibində  Şəmkir rayonunda  ilk təşkilatda  baş vermiş bədbəxt hadisənin təhqiqində  iştirak etmişdir.

  - " Kənd-Qida-İş" Hİ Federasiyasına  daxil olmuş müraciətlərin araşdırılması ilə əlaqədar,  Federasiyanın nümayəndəsi  Şəki  rayonu üzrə  ilk təşkilatlarda vətəndaşların qəbulu, onların  müraciətlərinə  vaxtında və düzgün  baxılması vəziyyətini  öyrənmiş və əməli köməklik göstərmişdir.