AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin dekabr ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

17.12.2018

       -  Həmkarlar İttifaqı kadr və fəallarının təhsilinin Təqvim Planına əsasən AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil etdiyi  ixtisasartırma kurslarında Federasiyanın fəalları iştirak etmişdirlər;

     -  Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım mərasimi ilə əlaqədar  Federasiyada o cümlədən üzv təşkilatlardan  Kənd Təsərrüfatı Nazirliyi, “European Tobacco- Baku “ASC, Meliorasiya və Su Təsərrüfatı ASC , Azərsun Holdinq” Şirkətlər Qrupunu idarə və müəssisələrin  həmkarlar ittifaqı komitələrində,  Sahə Hİ Gəncə şəhər, Quba, Beyləqan,  Salyan   rayon komitələrində və s.   ulu  öndər Heydər Əliyevin  vəfatının ildönümü münasibəti ilə tədbirlər  keçirilmişdir. Tədbir  iştirakçıları  ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, daha sonra onun mənalı həyat fəalliyətindən və xalq qarşısında tarixi xidmətlərindən danışmışlar. Sonda ulu öndərin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilmişdir.

    -  Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “Əməyin mühafizəsinin norma və qaydalarının BƏT-in tövsiyə və konvensiyalarına uyğunluğu” mövzusunda seminarda  Federasiyanın nümayəndəsi iştirak etmişdir;

      - Federasiyanın nümayəndəsi tərəfindən  Sahə Hİ Yevlax  rayon komitəsinin və  xidmətində olan  təşkilatlara əməli və metodiki köməklik göstərilmişdir.