30.11.2018
- Beynəlxalq Əmək Təşkilatının (BƏT), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə “Şərqi Avropada və Mərkəzi Asiyada həmkarlar ittifaqlarının maarifləndirilməsi: çıxarılan nəticələr və inkişaf yolları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.Konfransda Federasiyanın sədri iştirak etmişdir.
- AHİK-in "Gender bərabərliyi və qadın problemləri üzrə" Mərkəzin növbəti iclasında Federasiyanın nümayəndəsi iştirak etmişdir;
- 2018-ci il üçün Həmkarlar İttifaqı kadr və fəallarının təhsilinin Təqvim Planına əsasən, AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil etdiyi ixtisasartırma kursunda Federasiyanın ilk təşkilatların fəalları iştirak etmişdirlər;
- İlk təşkilatların Hİ üzvlük haqlarının tutulub köçürülməsi, üzləşmə aparılması məqsədi ilə Yardımlı rayonunda yerləşən ilk təşkilatlara Federasiyasının nümayəndəsi tərəfindən əməli köməklik göstərilmişdir;
- Sahə Hİ Yevlax rayon komitəsi və o cümlədən bir sıra ilk təşkilatlarda vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında və düzgün baxılması vəziyyəti öyrənilmiş və əməli köməklik göstərilmişdir.