AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin oktyabr ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.10.2018

 -    Federasiyanın tədbirlər Planına uyğun olaraq  (07 oktyabr) “Ümumdünya Layiqli Əmək Günü” münasibəti ilə  Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, " European –Tobacco-Baku"ASC və s. təşkilatlarda,  Sahə Hİ Qax, Ağdam, Salyan, Beyləqan,İmişli, Hacıqabul, Tərtər  və s. rayonlarda  bir sıra tədbirlər  keçirilmişdir;

 - Federasiyanın nümayəndələri Zaqatala  rayonunda keçirilən "I Beynəlxalq fındıq,qoz,və şabalıd festivalı" iştirak etmişdirlər .  Festivalın  təşkili və keçirilməsində fəal iştirak etmiş Sahə Həmkarlar İttifaqı fəalları rayon komitəsi  tərəfindən   təltif edilmişlər. Bayram Mərasimi  bir-birindən maraqlı tədbirlərlə davam etmiş və sonda ən maraqlı kompazisiyaya görə qaliblər müəyyən edilərək  mükafatlandırılmışdır. 

  -Sahə Hi Tovuz rayon komitəsi və  xidmətində olan  təşkilatlarda əməli fəaliyyətini təmin etmək məqsədi ilə  hüquqi və metodiki köməklik göstərilib, həmkarlar ittifaqı üzvlərin şikayətləri diqqətlə dinlənilmiş, zəruri məsləhət və izahatlar verilmişdir .