AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin sentyabr ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

01.10.2018

  -  AHİK –in “Beynəlxalq Əmək Təşkilatının (BƏT) 205 saylı tövsiyəsi və onun əməli tətbiqi ilə əlaqədar həmkarlar ittifaqı liderlərinin maarifləndirilməsi” və “Dayanıqlı inkişafın məqsədlərinin həyata keçirilməsi üzrə həmkarlar ittifaqı təşkilatları üçün tövsiyələrin təqdimatı” mövzularında  keçirdiyi seminarda Federasiyanın nümayəndələri iştirak və çıxış etmişlər;

 - Sahə həmkarlar ittifaqınının üzv təşkilatında və Sahə Hİ Yevlax rayon komitəsi  təşkilatlarında əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi, iş şəraitinin yaxşılaşdırılması, işəgötürənlərin işçilərlə əmək müqavilələri imzalamalarına nail olması istiqamətində bir sıra tədbirlər keçirilmişdir

   - Zaqatala Rayon İcra Hakimiyyətinin dəvəti ilə  rayonda keçirilən "I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı" da   Federasiyanın nümayəndələri iştirak etmişlər.Festivalın qalibləri Federasiya və rayon komitəsi tərəfindən təltif olunmuşlar.