AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin aprel ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

01.05.2018

- Sahə həmkarlar ittifaqının xidmət sahəsinə aid olan müəssisə və təşkilatlarda təcrübə mübadiləsi çərçivəsində " Həmkarlar komitəsinin təşkilatı işinin qurulması" mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir;

  - Federasiyanın  nümayəndəsi AR Əmək və Əhalinin Sosial Müdafizəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti " Əməyin mühafizəsi: xüsusən həssas təbəqə-gənc işçilərdir" devizi altında tədbirdə  iştirak etmişdir;

 - Yeni yaradılan təşkilatların əməli fəaliyyətini təmin etmək üçün hüquqi və metodiki köməklik göstərilməsi davam etdirilir;

 - Federasiyanın tədbirlər planına uyğun olaraq 28 Aprel – " Ümumdünya Əməyin mühafizəsi günü" ilə əlaqədar Federasiya və onun üzv təşkilatlarında bir sıra tədbirlər həyata keçirilmişdir.