AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin mart ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

02.04.2018

-Sahə üzrə  aztəminatlı ailələrin övladlarının “Novruz” bayramı münasibəti ilə təşkil edilmiş şənliklərdə iştirakı təmin olunmuşdur; 

  -  “Novruz” bayramı münasibəti ilə üzv təşkilatlarda bir sıra tədbirlər keçirilmişdir. Sahə Hİ  Ağdam, Ağstafa, Quba,Neftçala,  və  s. rayon komitələri xidmətlərinə daxil olan ilk təşkilatlarda  birlikdə bayram münasibəti ilə, hərbi hissələrə baş çəkmiş, vətənimizin  keşiyində duran əsgərlərimizə  bayram sovqatları təqdim etmişlər;

  -  "31 Mart” Azərbaycanlıların soyqırımı”nın  100-cü ildönümü ilə əlaqədar  Federasiya və üzv təşkilatlarında anım mərasimləri keçirilmişdir.

 - Sahəyə daxil olan müvafiq icra hakimiyyət orqanları ilə növbəti illərə Sahə (tarif) Kollektiv Sazişləri bağlanması üzrə danışıqların aparılması və yeni Sazişin bağlanılması üzrə komissiya yaradılmışdır.