AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin fevral ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.02.2018

-              «Kənd-Qida-İş»  Hİ Federasiyası və onun üzv təşkilatlarında Gənclər Günü münasibəti ilə gənclərin həmkarlar ittifaqına cəlb edilməsi, həmkarlar ittifaqı işində fəal iştirak edən gənclərin maddi və mənəvi həvəsləndirilməsi intelektual səviyyəsinin yüksəlməsi, vətənpərvərlik və s. mövzularda dəyirmi masalar keçirilmişdir;

-              Fevralın 5-də Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayı keçirilmişdir. Qurultayda Federasiyanın nümayəndəsi iştirak etmiş və çıxış etmişdir.

-              Bakıda “Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.  Konfransda “ Kənd-Qida-İş” Hİ Federasiyasının sədri Tofiq Quliyev  “Əmək sahəsində baş verən dəyişikliklərə  səmərəli təsir göstərmək üsulu kimi sosial dialoqun mühümlüyü” mövzusunda çıxış etmişdir və   Federasiyasının nümayəndələri iştirak etmişdirlər;

-              Federasiyanın  yeni təşkilatların yaradılması  istiqamətində  fəaliyyəti davam etdirilir. Belə ki Füzuli rayon " Kənd Təsərrüfatı" MMC, " AQRO-AZ" MMC, Ucar Regional Aqrokimya Laboratoriyası, "Ağdam Kənd Təsərrüfatı" MMC və  "Ağdabədi  Rayon Kənd Təsərrüfatı" MMC-də   yeni həmkarlar ittifaqı təşkilatları yaradılmış və bu işlər davam etdirilir.