AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin dekabr ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir:

15.12.2017

-      Dekabr ayının 1-də " Kənd-Qida-İş" Həmkarlar İttifaqının növbəti II Məclisi keçirilmişdir.Məclisin gündəliyində:

Sahə həmkarlar İttifaqı tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayına nümayəndələrin seçilməsi;

-   Sahə həmkarlar İttifaqı tərəfindən birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinin tərkibinə üzvlərin seçilməsi;

-    Sahə həmkarlar İttifaqı tərəfindən birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin tərkibinə üzvün seçilməsi;

- 2017-ci il üzrə Həmkarlar İttifaqı Büdcəsinin yerinə yetirilməsinin vəziyyəti və 2018-ci il Büdcə Layihəsinin təstiq edilməsi və digər məsələlər dururdu.

 Məclisi Federasiyanın sədri Tofiq Quliyev açaraq məclis üzvlərinin salamladı, Gündəlik məsələlərlə iştirakçıları tanış etdi, sonra kənd təsərrüfatı sahəsinin  inkişafına dair video- çarx nümayiş etdirildi.  Daha sonra gündəlikdə duran birinci məsələ müzakirə edildi:

 - Sahə həmkarlar İttifaqı tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayına 50 nəfər seçildi;

-   Sahə həmkarlar İttifaqı tərəfindən birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinin tərkibinə 5 nəfər seçildi;

-    Sahə həmkarlar İttifaqı tərəfindən birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin tərkibinə  1 nədər seçildi.

Sonda gündəlikdə duran II məsələ müzakirə edildi və 2017- ci il üzrə Həmkarlar İttifaqı Büdcəsinin yerinə yetirilməsinin vəziyyəti və 2018-ci il Büdcə Layihəsinin təstiq edildi.

  -  Həmkarlar İttifaqı kadr və fəallarının təhsilinin Təqvim Planına əsasən AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil etdiyi "Azərbaycanda sosial-iqtisadi proseslər və həmkarlar ittifaqlarının fəaliyyəti" " mövzusunda ixtisasartırma kursunda Federasiyanın fəalları iştirak etmişdirlər;

- Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım mərasimi ilə əlaqədar  Federasiyanın nümayəndələri  Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.