AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin noyabr ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.11.2017


      -      Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün "Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi" mövzusunda növbəti təlim kursu keçirilib.Təlim kursunda Federasiyanıın nümayəndələri iştirak etmişlər;
  -  Həmkarlar İttifaqı kadr və fəallarının təhsilinin Təqvim Planına əsasən AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil etdiyi "Azərbaycan qanunvericiliyi və əməkçilərin hüquq müdafiəsində Hİ-nın fəaliyyəti " mövzusunda ixtisasartırma kursunda Federasiyanın fəalları iştirak etmişdirlər;
  - Federasiyada vətəndaşların növbəti qəbulu həyata keçirilmişdir. Qəbula gələn vətəndaşların şikayətləri diqqətlə dinlənilmiş, zəruri məsləhət və izahatlar verilmiş, ehtiyacı olanlara maddi yardım göstərilmişdir