AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin iyul ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

14.07.2017

  

 -     Federasiyada 2017-ci ilin I yarımilliyi üzrə hesabatların üzv təşkilatlardan toplanması, təhlili davam etdirilir. Üzv təşkilatlara hesabatların düzgün tərtibatı, vaxtlı-vaxtında təqdim edilməsi, maliyyə fəaliyyətinin səmərəli təşkili və s. sahəsində əməli köməklik göstərilmiş, bu məqsədilə qısamüddətli kurslar təşkil edilmişdir. Bu işləq davam etdirilir;

 -  Federasiyada Sahə Hİ VI Qurultayına hazırlıq işlər davam etdirilir;

 -   Federasiya tərəfindən Sahə Hİ Gəncə Şəhər Komitəsi  və onun xidmətində olan  təşkilatlar üzrə vətəndaşların  qəbulu , ərizə və şikayətlərin baxilması vəziyyəti oyrənilmiş və müvafiq  əməli koməkliklər göstərilmişdir;

       - Federasiyasının üzv təşkilatlarına AR Əmək Məcəlləsinin 233-cü maddəsi və məcəlləyə     2-ci əlavənin 1-ci şərtinə əsasən havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular  olmayan örtülü binalarda , otaqlarda və digər  iş yerlərində bütün növ işlərin  dayandırılması və işçilərə sərinləşmək üçün imkan yaradılması məqsədi ilə  fasilələr verilməsi  barədə müvafiq tövsiyyələr verilmiş və məsələlər nəzarətdə saxlanılır.