«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin may ayının 15-dən 31-dək keçirilmişdir.
30.05.2017
- Federasiyanıın Tədbirlər Planına uyğun olaraq Federasiyada və onun üzv təşkilatlarından 28 May Respublika Gününə həsr edilmiş tədbirlər həyata keçirilmişdir;
- Federasiyanın nümayəndələri “BAKU EXPO CENTER” Mərkəzində təşkil edilmiş XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərində iştirak etmiş, sərgidə təmsil olunan yerli sahibkarlarla birgə əməkdaşlığa dair danışıqlar aparmışlar;
- “Azərsun Holdinq” Şirkətlər Qrupunun“ Azərsun Akademiyası”nın Tədris Mərkəzində Azərbaycan Həmkarlar İittifaqları Konfederasiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Kənd Təsərrüfat və Qida Sənayesi İşçiləri Hİ Federasiyası ilə birgə “Dövlət sosial sığortası və sağlamlığın mühafizəsi sahəsində məsələlər “mövzusunda seminar keçirilmişdir. Seminarın giriş sözü ilə Federasiyanın sədr müavini Təhmasib Əliyev açaraq iştirakçıları salamladı. O, həmkarlar ittifaqı fəalları, mühasiblər , kadrlar şöbəsi işçiləri üçün seminarın əhəmiyətli olduğunu qeyd etdi.
“Azərsun Holdinq” Şirkətlər Qrupunun İnsan Resursları departamentinin müdiri Mujdeddin Bozkurt şirkətin yeni layihələrindən, mərkəzin tədris proqramından danışdı.
Sonra söz məruzəçilərə verildi.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin baş hüquqşünası Səbuhi Abdullayev “Əhalinin sağlamlığının qorunması üzrə Azərbaycan qanunvericiliyinin əsasları “barəsində ətraflı məlumat verdi.
Dahə sonra Nazirliyin Peşə xəstəliləri klikasının baş həkimi Sevda Xəlilova “Xəstəliklərin profilkatikası və tibbi xidmət.Peşə xəstəlikləri, müalicə-profilaktiki qidalanma” mövzusunda məruzəsi dinlənildi. Məruzədə iştirakçıların diqqətini müəssisələrdə zərərli maddələrlə təmasda olan işçilərin əməyin mühafizəsi üzrə təhlükəsizlik tələbləri, insan orqanizminə törədə biləcək xəstəliklər və bu cür halların qarşısının alınmasında profilaktiki müayinələrin mütəmadi aparılması tövsiyə olundu.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun “ Sosial Ödənişlər “ şöbəsinin aparıcı məsləhətçisi Azər Məmmədov “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası.Əmək pensiyaları, nizamnamə və hesablaşma qaydaları . Pensiya sığortasına ödəmələrdəki problemlər “ barədə çıxış etdi.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Sağlamlığın mühafizəsi və sosial təminat “ şöbəsinin müdiri Kazbek Ələkbərov və şöbənin baş mütəxəssisi Rəna Əlizadə “Sosial sığorta üzrə müavinatlar ,müavinatların növləri , ödənilmə qaydaları” mövzularında məruzə etdilər.
Seminarda əmək və sosial pensiyalar, xəstəlik vərəqələrin verilmə qaydaları, hamiləlik, doğuşa və dəfnə görə müavinatların ödənilməsi və şərtləri barəsində iştirakçıların sualları cavablandırıldı.
Tədbirin sonunda “Azərsun Holdinq” Şirkətlər Qrupunun fəaliyyəti barədə videoçarx izlənildi.