AZE ENG RUS
«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə üzrə cari ilin may аyının 1-dən 15-dək keçirilmiş tədbirlər.

14.05.2017

 -   Federasiyanın məsul şəxsləri və mütəxəssisləri tərəfindən Sahə Hİ  Yevlax, İsmayıllı, Lənkəran,  Neftçala  və  Oğuz rayon komitələrində keçirilən növbəti hesabat -seçki yığıncaqlarının  keçirilməsinə əməli köməklik göstərilmiş və konfransın işində  iştirak etmişdirlər;

-  Federasiyanıın Tədbirlər planına uyğun olaraq Federasiyada və onun üzv təşkilatlarında      “9 May” Faşizm üzərində Qələbə günü münasibəti ilə   tədbirlər  həyata keçirimişdir.

          “Azərsun Holdinq” Şirkətər Qrupunda 9 May Faşizm üzərində Qələbəyə  həsr edilmiş tədbirə Böyük Vətən Müharibəsinin iştirakçıları dəvət olunmuşdurlar. Bu görüşdə veteranlar keçdikləri çətin və şərəfli döyüş  yolundan bəhs etmiş, dünyanın faşizm kimi böyük bir bəladan xilas olunmasından danışmışdırlar. Tədbirdə müharibə iştirakçılarına “Azərsun Holdinq” tərəfindən hədiyyələr verilmişdir; 

       Sahə Hİ  Yevlax, Saatlı, Sabirabad, Kürdəmir və Gəncə Şəhər Komitəsi tabeliyində olan müəssisə və  təşkilatlarda müharibə iştirakçıları ilə görüşlər keçirmişdir;                

    -    Federasiya və onun üzv təşkilatlarında ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr edilmiş tədbirlər həyata keçirilmişdir.  Sahə Hİ Masallı, Qəbələ , Beyləqan, Qax və həmçinin “ Gəncə Alimlər Evi” , “ Azərsun Holdinq “  Şirkətlər   Qrupunun müəssisələri və s. təşkilatlarda  keçirilən tədbirlərdə ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş videoçarxlar nümayiş etdirilmiş və əyani vəsaitlər paylanmışdır.