AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari noyabr ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

23.11.2016


-  Noyabr 1-də Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində sahə işçilərin peşə bayramı münasibəti ilə tədbir  keçirilmişdir. Tədbiri giriş sözü ilə açan  nazir aqrar sektorda çalışanları təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı.Nazir kənd təsərrüfatı sahəsində  ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün həyata keçirilməsindən , Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirdiyini  və məhsul istehsalçılarına hərtərəfli dövlət dəstəyindən, aqrar sektorun inkişafından danışmışdır.
     “ Kənd –Qida-İş” Hİ Federasiyasının sədri Tofiq Quliyev sahə işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, sonra sahə işçilərinə AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin təbrikini oxumuşdur; 
-   Federasiyanın nümayəndəsi  Rusiya Federasiyasının Astraxan vilayətində Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Rusiya Həmkarlar İttifaqları Federasiyasının birgə təşkilatçılığı ilə "Həmkarlar ittifaqlarının hüquqlarının qorunmasında gənclərin rolu" mövzusunda seminarda iştirak etmişdir;
 - “Dövlət Bayrağı Günü” bayramı münasibəti ilə Federasiya və üzv təşkilatlar tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.