"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari avqust ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.
15.08.2016
- Federasiyanın nümayəndəsi Qazaxıstanın Astana şəhərində keçirilən Həmkarlar İttifaqlarının Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının (МОАП) növbəti iclasında iştirak və çıxış etmişdir;
- Federasiyanın xidmətinə daxil olan bir sıra təşkilatarda AR Əmək Məcəlləsinin 233-ü maddəsinin və Məcəlləyə edilmiş 2-ci əlavənin şərtlərinin yerinə yetirilməsi üzrə monitorinqlərin aparılması, havanın temperaturu 41 dərəcə Seisidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində iş şəraitinin təşkili sahəsində maarifləndirici tədbirlər davam etdirilmişdir;
- “Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olan müəssisələrinin Həmkarlar İttifaqı Komitəsi isti yay günlərində işçilərin və onların ailə üzvlərinin Respublikanın səfalı yerlərinə gəzintilərini həyata keçirmiş və onların mənalı istirahətini təşkil etmişlər.