AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin iyun ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

30.06.2016


    -  Federasiyanın Tədbirlər planına uyğun olaraq , Federasiya və üzv təşkilatlarda 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş günü münasibəti ilə bir sıra tədbirlər həyata keçirilmişdir;

    -  26 iyun Azərbaycan Respublikasının Silahlı  Qüvvələr günü münasibəti ilə Sahə Hİ Beyləqan, Qax, Zaqatala, Bərdə və s. rayon komitələri, “Gəncə Alimlər Evi”-nin bədii kollektivi “N” saylı Hərbi Hissədə  əsgərlərimizə baş çəkmiş və bayram münasibəti ilə onlara mədəni tədbirlər nümayiş etdirmiş və hədiyyələr təqdim etmişlər;  

  -  Sahə həmkarlar ittifaqının xidmətinə daxil olan müəssisə və idarələrdə əməyin mahafizəsi və əmək şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər davam etdirilmişdir.
  - “ Kənd-Qida-İş” Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir.