AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin iyul ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.07.2016


      -   Federasiyanın nümayəndəsi Minsk şəhərində  keçirilən “Belarusiya Həmkarlar İttifaqları Federasiyasının Gənclər siyasəti”nə həsr edilmiş beynəlxalq  seminarda  iştirak  etmişdir;

      -  Federasiya tərəfindən 2016-cı ilin I yarımilliyi üzrə hesabatın düzgün və tam tərtib  edilməsi və həmçinin maliyyə fəaliyyətinin həyata keçirilməsi məsələlərinə həsr edilmiş qısamüddətli kurslar davam etdirilir; 

     -  Fedirasiyanın nümayəndəsi və Hİ fəalları AHİK-in “ Uşaq əməyinə qarşı mübarizədə həmkarlar ittifaqlarının siyasəti və fəaliyyəti planının gücləndirilməsində rolu” mövzusunda  Şamaxı raonunda keçirilən zona seminarında   iştirak etmişdir;          

      -  Federasiyanın nümayəndəsi  “YARAT” Müasir İncəsənət Mərkəzində  “Qərb və Şərq arasında körpü rolu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal prespektivləri” mövzusunda seminarda iştirak etmişdir.