AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin iyun ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

16.06.2016

  - 1 iyun uşaqların beynəlxalkq müdafiə günü münasibəti ilə  “Azərsun Holdinq” Şirkətlər Qrupunun  Mədəniyyət Mərkəzində   Holdinqə daxil olan müəssisələrin Həmkarlar İttifaqı Komitələrinin təşkilatçılığı ilə tədbirlər keçirilmişdir. İşçilərin ailə üzvlərinin  də qatıldığı həmin Tədbirlərdə müxtəlif konsert proqramları, tamaşalar təşkil edilmiş, sonda Mərkəzi Qan Bankı ilə birgə qanvermə aksiyası təşkil  edilmişdir. Aztəminatlı ailələrin övladlarına hədiyyələr verilmiş, maddi köməkliklər göstərilmişdir.
  -  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə 5 iyun “Su Təsərrüfatı və Meliorasiya İşçiləri  Günü” peşə bayramı münasibəti ilə tədbirlər həyata keçirilmişdir:
  - “Hyatt Regency Baku”da Peşə bayramına həsr edilmiş  “Azərbaycanın su təsərrüfatı və meliorasiya kompleksinin inkişafındakı uğurlar  HeydərƏliyevin  ideyaları ilə bağlıdır” mövzusunda Elmi-praktiki  Konfrans keçirilmişdir. Əvvəlcə Azərbaycanın meliorasiya və su təsərrüfatı sahəsində görülmüş işlərə həsr edilmiş video-film nümayiş etdirilmişdir. Eimi-praktiki konfransı giriş sözü ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə açaraq, qeyd etmişdir ki, Respublikada melioirasiya və irriqasiya işləri keçən əsrin əvvəllərindən başlansa da, onun əsaslı inkişafına ümummilli lider Heydər Əliyevin  rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunmuşdur. Hazırda ölkədə geniş suvarma sistemlərinə, kollektor-drenaj şəbəkələrinə, nasos stansiyalarına, su anbarlarından ibarət güclü istehsalat bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşdırılmış meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Konfransda daha sonra “Heydər Əliyev ideyaları su təsərrüfatı və meliorasiya kompleksinin uğurlu inkişafının təminatçısıdır”, “Torpaq və su ehtiyatlarından səmərəli istifadənin elmi əsasları”, “Keyfiyyətli və etibarlı su mənbələri-dayanıqlı su təchizatının əsas təminatçısıdır” və s. mövzularda məruzələr dinlənilmişdir. Konfransda  Federasiyanın sədri Tofiq Quliyev çıxış edərək,  AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyevin Peşə bayramı münasibəti ilə Təbrik məktunu iştirakçıların diqqətinə çatdırdı. T.Quliyev daha sonra Federasiya tərəfindən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə  bir qrup əməkdaşın təltif edildiyini bildirərək,  sahə zəhmətkeşlərini bir daha təbrik etdi və işlərində yeni-yeni uğurlar arzuladı.
  - Federasiyanın nümayəndəsi və Sahə Hİ fəalları Nabran qəsəbəsindəki “ Təhsil” İstirahət Mərkəzində  AHİK-in təşkilaçılığı ilə   “ Uşaq  əməyinə qarşı  mübarizədə həmkarlar ittifaqlarının siyasəti və fəaliyyəti planı“ mövzusunda təlim–seminarda iştirak etmişdir;
  - AHİK və Beynəlxalq Əmək Təşkilatının,  BƏT-in 204 saylı tövsiyyəsinə əsasən birgə keçirdiyi subregional maarifləndirici seminarda Federasiyanın nümayəndəsi iştirak və çıxış etmişdir