AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin iyun ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

30.06.2015

  - “Kənd-Qida-İş” Həmkarlar İttifaqı  İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir.  
İclasda “Sahə Həmkarlar İttifaqı təşkilatları üzrə vətəndaşların qəbulu, daxil olan ərizə və şikayətlərə baxılması vəziyyəti”, ”Sahə Həmkarlar İttifaqının xidmətinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları ilə bağlanmış Sahə (tarif) Kollektiv Sazişlərinin təsdiqi”,  “Azərbaycan Respublikası Prezidentinin “ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və  “ Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” AR Prezidentinin 2010-cu il tarixli, 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 3 oktyabr 2014-cü il tarixli  Sərəncamının icrası ilə bağlı struktur dəyişikliyi və digər məsələlərin həlli”, “Azərbaycan Respublikası Prezidentinin “ Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” 2015-ci il 5 fevral tarixli, 453 nömrəli Fərmanının icrası ilə bağlı Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə xitam verilməsi”, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin  AR NK-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılmasına dair qərarının ləğv edilməsi barədə” 2015-ci il 14 aprel tarixli, 106 nömrəli Qərarının icrası ilə bağlı struktur dəyişiklikliyi və digər məsələlərin həlli”,  “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 2015-ci il 17 aprel tarixli, 109 nömrəli Qərarının icrası ilə bağlı struktur dəyişikliyi və digər məsələlərin həlli”, ”Sahə Həmkarlar İttifaqının təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarının yekunları”, “AHİK-in Sahə Hİ Federasiyasının xidmətinə daxil olan müəssisə və təşkilatlarda işçilərin sağlamlığının mühafizəsi sahəsində görülmüş işlər və tibbi xidmətin vəziyyətinin öyrənilməsinin yekunları” barədə  və s. məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.
    - “ Bakı 2015” I Avropa oyunlarının “ Tamaşaçısı” proqramının icrası ilə əlaqədar,  AHİK-in dəstəyi ilə Federasiyasının bütün  Aparat işçiləri və Hİ fəalları keçirilən  yarışlarda tamaşaçı qismində iştirak etmişlər. 
    - 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri  Günü münasibəti ilə, “Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olan “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Həmkarlar İttifaqı Komitəsi müəssisə rəhbərliyi ilə birgə“N” saylı Hərbi Hissədə olmuş, əsgərlərimizə baş çəkmiş və bayram münasibəti ilə onlara mədəni tədbirlər və bayram sovqatları təqdim etmişdir.
    -  Silahlı Qüvvələr Günü münasibəti ilə üzv təşkilatlardan Yevlax, Beyləqan, Gəncə,    Qax,  Salyan, Tovuz, İmişli rayon komitələri, həmşinin “Gəncə Alimlər Evi”ndə bir sıra tədbirlər həyata keçirilmişdir.