AZE ENG RUS
"Kənd-Qida-İş" Hİ Federasiyası üzrə cari ilin aprel ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

01.05.2015

   -  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə“2015-ci il Kənd Təsərrüfatı ili - kənd təsərrüfatı sahəsində əməyin mühafizəsi, yüksək əmək standartları” devizi altında Qax rayonunda “Müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında profilaktiki tədbirlərin əhəmiyyəti”  mövzusunda zona seminarı keçirilmişdir;

   - “ Kənd-Qida-İş” Hİ Federasiyası AHİK-in II məclisinin qərarına müvafiq olaraq Əməyin mühafizəsi vəziyyətini araşdırmaq məqsədi ilə regionlarda sahə Həmkarlar İttifaqının xidmətində olan bir sıra müəssisə və təşkilatlarda   yoxlamalar aparmışdırlar. “Kənd-Qida -İş” Hİ Federasiyasının məsul işçiləri  Qax, Balakən,Oğuz və Şəki şəhərlərində sahə həmkarlar ittifaqının xidmətində olan Qax Suvarma Sistemləri idarəsi, Balakən Suvarma Sistemləri idarəsi, Balakən 1saylı peşə məktəbi, Balakən 2saylı peşə məktəbi,Oğuz Suvarma Sistemləri idarəsi, Şəki Əyriçay Su Anbarının İstismarı idarəsi,Şəki Acınohur QSTİİ-si, Şəki Suvarma Sistemləri idarəsi və Şəki Subartezian Quyularının İstismarı idarəsində olmuşlar;

   - Sahə həmkarlar ittifaqı təcrübə mübadiləsi çərçivəsində “ Həmkarlar komitəsinin təşkilatı işinin qurulması “  mövzusunda “Bakı Şərab- 1 “ ASC-də maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə  Hİ təşkilatının fəaliyyətinin hüquqi təminatı, Hİ-nın və ilk Hİ təşkilatının quruluşu, təşkilatı işinin əsas istiqamətləri, Kollektiv müqavilə: zəhmətkeşlərin hüquqlarının və mənafelərinin müdafiəsi üçün əsas vasitə kimi. Kollektiv müqavilənin tərtibatı sahəsində görülən işləri barədə dinləyicilərin diqqətinə çatdırılmışdır;
Sonra “Bakı Şərab- 1 “  ASC-nin HİK sədri Şirindil İmanov müəssisədə görülən işlər və onlara göstərilən qayğıdan danışmışdır;

   -  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsi qaliblərinin mükafıtlandırılması mərasimi keçirilmişdir.  Həmin tədbirdə Federasiyanın xidmətində olan Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında  Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki  Mühafizə Mərkəzi, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyası, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Sabirabad Zona Baytarlıq Laboratoriyası , Azərsun Holdinq Şirkətlər Qrupu Kürdəmir Süd Emalı Zavodu MMC və  Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qax Suvarma Sistemləri   İdarəsi, Mərkəzi Muğan  Kollektorların İstismarı İdarəsi, Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi qalib elan olunmuşdurlar. Qalib olan təşkilatlar diplom  və qiymətli hədiyyələrlə təltif olunmuşdurlar;

- 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “ Əməyin mühafizəsində önləyici tədbirlərin mədəniyyətini birgə yüksəldək” mövzusunda Heydər Əliyev Mərkəzində keçirilmiş konfransda Federasiyanın sədri və Federasiyanın əməkldaşları iştirak etmişdir.