AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin fevral ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

16.02.2015


   -  Azərbaycan  Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə“2015-ci il Kənd Təsərrüfatı ili - kənd təsərrüfatı sahəsində əməyin      mühafizəsi, yüksək əmək standartları” devizi altında  Şəmkir rayonunda “Müəssisədə sağlam və       təhlükəsiz əmək şəraiti sahəsində həmkarlar ittifaqı və işəgötürənlərin birgə   fəaliyyəti” mövzusunda   zona seminarı keçirilmişdir.
  Seminarda Federasiyanın sədr müavini Təhmasib Əliyev məruzə ilə çıxış edərək son illər iqtisadiyyatda, o cümlədən aqrar sahədə texniki avadanlıqların ən son nailiyyətləri tətbiq olunması, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində yeni normativ aktlar qəbul  edilməsi  işəgötürənlər və həmkarlar ittifaqı təşkilatları arasında qarşılıqlı əlaqələrin yeni bir  təməlinin qoyulmasını qeyd etmişdir. Daha sonra Federasiyanın Baş texniki əmək müfəttişi Anar Tağıyev “Ölkədə gedən islahatlar və ondan irəli gələn əməyin mühafizəsi problemləri-Həmkarlar İttifaqlarının qarşısında  duran  vəzifələr” barədə seminar iştirakçılarını məlumatlandırmışdır.      
    Seminarda Tovuz ərazi üzrə kənd təsərrüfatı idarəsinin rəisi C.Qəhrəmanov, Federasiyanın texniki əmək müfəttişi V. Əliyev, 20 saylı ərazi üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi M.Şükürovun, Samux Ərazi üzrə Kənd Təsərrüfatı idarəsinin rəisi T.Tanrıverdiyevin çıxışları da dinlənilmişdir. Seminarın gedişində Sahə Hİ Qazax, Ağstafa, Tovuz, Samux rayon həmkarlar ittifaqları fəalları və təhlükəsiz texniki əmək müfəttişləri də iştirak etmişdirlər.
    Seminarda dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.
   -  “Kənd-Qida-İş”Hİ Federasiyasının məsul işçiləri Şəmkir,Tovuz və Ağstafa rayonlarında sahə həmkarlar ittifaqının xidmətində olan Şəmkir Suvarma Sistemləri idarəsi,Şəmkir Subartezian Quyularının istismarı idarəsi,Tovuz Suvarma Sistemləri idarəsi,Ceyrançöl Qış Otlaqlarının Suvarma idarəsi,Ağstafa Suvarma Sistemləri idarəsi və Ağstafa çay Hidroqovşağı istismar idarəsində olmuşlar. İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin,təlimatlandırılmasının,biliklərinin yoxlanılmasını,xüsusi geyim,xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin edilməsinə dair texniki sənədlərlə tanış olmuş.Bundan əlavə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərlə uyğunluğu,kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməsi və onların yerinə yetirilməsinin vəziyyəti,ağır və zərərli şəraitdə işləyənlərin məzuniyyətə buraxılmasına dair əmrlər araşdırılmış.Qeyd olunan nöqsanlarla bağlı müəssisə rəhbərlərinə iradlar bildirildi və onların aradan qaldırılması üçün təqdimatlar verilmişdir.
   -   Sahəyə daxil olan mavafiq İcra Hakimiyyəti orqanları ilə birlikdə 2015-2017-ci illər üçün Sahə (tarif) Kollketiv Sazişi bağlanılması  üzrə komissiya yaradılmış  və fəaliyyətə başlamışdır;
   -  Federasiyada vətəndaşların növbəti qəbulu həyata keçirilmişdir.Qəbula gələn vətəndaşların şikayətləri diqqətlə dinlənilmiş, zəruri məsləhət və izahatlat verilmiş, ehtiyacı olanlara maddi yardım göstərilmişdir.