AZE ENG RUS
"Kənd-Qida-İş" Hİ Federasiyası üzrə cari ilin yanvar ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

02.02.2015

 -  Federasiya və onun üzv təşkilatlarında “20 Yanvar” faciəsinin 25-ci ildönümü münasibəti ilə anım tədbirləri keçirilmişdir;

 -  Federasiyada üzv təşkilatların kadr və fəallarının  illik büdcə və statistik hesabatlarının tərtibi, hesabatlarda edilmiş dəyişikliklərin mənimsənilməsinə dair maarifləndirilməsi məqsədi ilə  qısamüddətli kurslar təşkil edilmişdir;

 -  Federasiyanın nümayəndələri  “İmişli Şəkər İstehsalat Birliyi” MMC-də
əmək qanunvericiliyinə riayət edilməsi vəziyyəti ilə tanış olmuş,  bu sahədə əməli köməklik göstərmişlər;

 - "Kənd-Qida-İş" Hİ Federasiyasının aparat işçilərinin  tibbi sığortası həyata keçirilmişdir.