AZE ENG RUS
Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin yanvar ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.01.2015

    - Üzv təşkilatlarda illik büdcə və statistik hesabatların qəbulu davam etdirilir;

    - Salyan və Biləsuvar rayonlarında sahə həmkarlar ittifaqının xidmətində olan Salyan Suvarma Sistemləri idarəsi,Biləsuvar Suvarma Sistemləri idarəsi və Cənubi Muğan-Kanalı İstismar idarəsində əməli fəaliyyətini təmin etmək üçün hüquqi və metodiki köməklik göstərilib.
Müəssisə və təşkilatlarda işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin,təlimatlatlandırılmasının, biliklərinin yoxlanmasını, xüsusi geyim,xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin edilməsinə dair texniki sənədlərlə tanış olundu. Bundan əlavə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərlə uygunluğu,kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməsi və onların yerinə yetirilməsinin vəziyyəti, ağır və zərərli şəraitdə işləyənlərin məzuniyyətə buraxılmasına dair əmrlər  araşdırılmışdır.