AZE ENG RUS
Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin dekabr ayının 1-dən 15 -dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.12.2014

        - AHİK-nın təşkil etdiyi  “Həmkarlar ittifaqları və gənclər: əsas istiqamətlər, tövsiyələr”  və “Müəssisədə əməyin mühafizəsi və  istehsal fəaliyyətinin təhlükəsizlik tələblərinin təminatının xüsusi:əsas istiqamətlər, təcrübə , problemlər.” mövzularında seminarlarda Federasiyanın nümayəndələri iştirak etmişdilər;

        - Federasiya ,  Kənd Təsərrüfatı Nazirliyi, , “European Tobacco- Baku “ASC, Meliorasiya və Su Təsərrüfatı ASC , Azərsun Holdinq” Şirkətlər Qrupunu idarə və müəssisələrin  həmkarlar ittifaqı komitələrində,  Sahə Hİ Gəncə şəhər, Qax, Yevlax, Bərdə, Salyan və Sabirabad  rayon komitələrində və s.   ulu  öndər Heydər Əliyevin  vəfatının ildönümü münasibəti ilə yığıncaqlar keçirilmişdir. Yığıncaqlarda  iştirakçılar  ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, daha sonra onun mənalı həyat fəalliyətindən və xalq qarşısında tarixi xidmətlərindən danışmışlar ;

        -  Federasiya tərəfindən  “Göygöl Şərab Zavodu ” ASC-yə   əməli köməklik göstərilmişdir.