AZE ENG RUS
«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin sentyabr ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

30.09.2014


      - Federasiya tərəfindən  Sahə Hİ Gəncə şəhər, Sabirabad, Yevlax  və Salyan rayon  komitələrində  maliyyə fəaliyyətinin aparılmasına dair vəziyyət öyrənilmiş  və bu sahədə əməli köməklik göstərilmişdir;

      - Qurban bayramı münasibəti ilə Federasiya və üzv təşkilatlar tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir;

      - AHİK-in  müvafiq məktubu əsasında Sahə Həmkarlar İttifaqının xidmətinə daxil olan idarə və müəssisələrdə işləyənlər arasında xəstələnmə hallarının analitik təhlilinin aparılmasına dair işlər davam etdirilir;

           - Sahə Həmkarlarİttifaqı İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir;

      - Federasiyanın nümayəndəsi Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində  “Gələcəyə inam (Bolaşakka kadam)” devizi altında  keçirilən gənclərin Beynəlxalq Forumunda iştirak etmişdir.
     “Qazaxıstanın zəhmətkeş və kənd gənclərinin Assosiasiyası” korporativ fondu və Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyinin gənclərlə iş Komitəsinin təşkilatçılığı ilə keçirilən  Foruma  ölkənin bütün regionlarını əhatə edən 100-dən çox işləyən gənc, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri, idarə və müəssisələrin rəhbərləri və Müstəqil Dövlətlər Birliyinin gənclərdən ibarət nümayəndələri qatılmışdır.
     Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından iştirak çıxış edən Federasiyanın Sosial-iqtisadi müdafiə və mədəni-kütləvi işlər üzrə şöbəsinin müdiri İlqar Nəzərov  “Gənclər siyasəti haqqında” AR Qanunu, Azərbaycan gəncliyi haqqında qəbul olunmuş iki Dövlət Proqramının icrası və AHİK-in gənclərlə bağlı keçirdiyi tədbirlər haqqında  ətraflı məlumat  vermişdir.
     İşgüzar şəraitdə keçən Forumda gənclərin qarşılaşdığı çətinliklər, onların həlli yolları və qarşıda duran məsələlər müzakirə olundu. Tədbir iştirakçıları tərəfindən Forum yüksək qiymətləndirildi  və digər ölkələrdə də keçirilməsi təklif olundu.  Sonra tədbir iştirakçıları Rudnıy şəhərindəki 18 mindən yuxarı işçisi olan ən böyük istehsalat müəssisəsi Sokolov-Sarbaysk Dağ-mədən  İstehsalat Birliyinin açıq şaxtasına, emal fabrikinə, müalicə və sağlamlıq mərkəzinə, idman kompleksinə ekskurs etdilər və şəhərin digər iri müəssisələrində oldular.
     Sonda  İ.Nəzərova “Qazaxıstanın zəhmətkeş və kənd gənclərinin Assosiasiyası” Korporativ Fondu tərəfindən Sertifikat verildi.